Bizim futbol

Baqali Dabo: “Avroliqada uğurlu ola bilərik”

“Rəqibin kim olduğundan asılı olmayaraq, oyuna tam olaraq köklənmək lazımdı. Avropa Liqası kimi turnirlərdə hər bir komanda sürpriz edə bilər. Hər bir komandanın şansı var”.

Dsport.az xəbər verir ki, bu sözləri “Neftçi”nın yeni transferi Baqali Dabo klubun rəsmi saytına açıqlamasında deyib.

Avropa Liqasının püşkünü dəyərləndirən hücumçu “Uypeşt”i düzgün qiymətləndirməyə çağırıb:

“Uypeşt” Macarıstan çempionatından Avropa Liqasında vəsiqə qazanmış bir komandadır, bu artıq bir göstəricidir. Amma biz daha çox özümüzü fikirləşməliyik”.

Yeni oyunçularının “Neftçi”yə gəlməsini qeyd edən fransəz hücumçu onların komandaya tez bir zamanda uyğunlaşmasının vacibliyindən danışdı: “Bizim bir neçə yeni oyunçularımız var, mən də onlardan biriyəm. Biz komandaya tez bir zamanda uyğunlaşmalıyıq, bir-birimizi yaxşı başa düşməliyik ki, Avropa Liqasında uğurlu çıxış edə bilək”.

“Neftçi”yə bu yaxınlarda qoşulan forvard, özünü komandada çox xoşbəxt hiss etdiyini bildirib:

“Burada olduğuma görə razıyam. Növbəti mövsümə bütün komanda kimi mən də ciddi hazırlaşıram”.