Bizim futbol

“Səbail” də başladı

Topaz Premyer Liqasının daha bir iştirakçısı yay istirahətini başa vurub.

Dsport.az xəbər verir ki, “Səbail” də bu gün yeni mövsümün hazırlığına start verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi Bayıl stadionunda məşqə çıxıb. Komanda yeni baş məşqçisi Aftandil Hacıyevin rəhbərliyi altında hazırlıq keçib.