Bizim futbol

“Qəbələ” Divizion klubu ilə “sülh bağladı”

“Qəbələ” 2018/19 mövsümünə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. 

Dsport.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə təşkil olunan təlim-məşq toplanışının ilk hissəsini başa vurub, Bakıya gələrək MOİK-lə qarşılaşıb. Baş məşqçi Sənan Qurbanov paytaxt təmsilçisi ilə görüşdə aşağıdakı “11-liy”ə şans verib: 

Dmitri Bezotosnı, Amin Seydiyev, Voyislav Stankoviç, Bəhlul Mustafazadə, Rasim Ramaldanov, Elvin Camalov, Qismət Alıyev, Asif Məmmədov, Stiven Monroz, Rauf Əliyev, Roman Hüseynov. İkinci hissədə Abbas Ağazadə, Xəyal Əmirli və Aqil Məmmədov da meydana daxil olub. 

Matçda hesabı paytaxt təmsilçisi açıb. MOİK-in heyətində Elmir Tağıyev fərqlənib.  “Qəbələ”nin bərabərlik qoluna Rauf Əliyev imza atıb. Hücumçu penalti zərbəsini dəqiq yerinə yetirib – 1:1.

Xatırladaq ki, mövsümlərarası hazırlıq prosesinə iyunun 12-də Qəbələdə başlayan “qırmızı-qaralar” ayın 20-də Sloveniya təlim-məşq toplanışına start verəcək.