Bizim futbol

Dani Kintana daha 2 il “Qarabağ”da!

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” daha bir futbolçuyla yeni müqavilə imzalayıb.

Dsport.az xəbər verir ki, geridə qalan mövsümün sonunda müqavilə müddəti başa çatan Dani Kintana daha iki il Ağdam klubunun formasını geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı futbolçu artıq komandayla məşqlərdə iştirak edir.