Bizim futbol

“Neftçi” Mahmudovla yeni müqavilə imzaladı

“Neftçi” daha bir futbolçu ilə müqavilə müddətini artırıb. 

Dsport.az xəbər verir ki, ötən mövsümdən bu komandanın heyətində çıxış edən Emin Mahmudov daha 2 il ağ-qara formanı geyinəcək. 

Milli komandamızın da üzvü olan 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm 27 oyunda 2 qola imza atıb.

Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov və Məhəmməd Mirzəbəyovla da müqavilə yenilənmişdi.