Bizim futbol

“Neftçi”dən azarkeşlər və media üçün açıq məşq

Azərbaycan Avropa Liqasında təmsil etməyə hazırlaşan “Neftçi” bu gün təlim-məşq toplanışına başlayıb.

Dsport.az xəbər verir ki, paytaxt təmsilçisi sabah saat 17:00-da İsmət Qayıbov adına təlim-məşq bazasında azarkeşlər və media nümayəndələri üçün açıq məşq keçəcək. 

Klub bütün azarkeşləri və media nümayəndələrini hazırlıq prosesini izləməyə dəvət edib.