Bizim futbol

“Neftçili Yay Futbol Düşərgəsi” start götürdü

Bu gün “Neftçi” PFK-nın "Neftçili Yay Futbol Düşərgəsi” start götürüb. 

Dsport.az xəbər verir ki, AFFA-nın, Təhsil Nazirliyinin, "Məktəblinin dostu” və "ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə məktəblilər arasında keçirilən tədbir 3 qrupdan ibarət olacaq. 1-ci qrupda tədbir iyunun 18-dək, 2-ci qrupda ayın 19-dan 21-dək, 3-cü qrupda isə 22-dən 24-dək baş tutacaq.

Düşərgədə hər qrupun ilk iki günündə səhər və günorta proqramına nahar yeməyi və müxtəlif müsabiqələr daxildir. Üçüncü gün isə düşərgədə iştirak edən uşaqlara "Neftçi” PFK tərəfindən sertifikatlar və hədiyyələr veriləcək.