Bizim futbol

“Səbail” Fəhmin Muradbəyli ilə bağlı qərarını verdi

“Səbail” növbəti mövsüm üçün heyətini formalaşdırmağa davam edir.

Dsport.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Fəhmin Muradbəyli ilə də bağlı qərarını verib. Belə ki, 22 yaşlı futbolçu ilə yeni müqavilə imzalanıb. Bu barədə “Səbail”in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Muradbəyli müqavilə ilə “Neftçi”yə məxsusdu. O, ötən mövsümün qış fasiləsində 6 aylıq icarəyə götürülmüşdü. Lakin tərəflər bu müddəti artırmağa qərar veriblər.