Bizim futbol

Millimiz mövqeyini qorudu

Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb.

Dsport.az xəbər verir ki, ilk onluqda yer alan komandaların sıralamasında ötən ayla müqayisədə heç bir dəyişiklik olmayıb. Elə Azərbaycan millisi də əvvəlki mövqeyində qalıb. Komandamız 1440 xalla 10-cu pillədə qərarlaşıb.

İlk 10-luqda yer alan komandaların sıralaması belədi:

1. Braziliya - 1935
2. İspaniya - 1845 
3. Rusiya - 1700
4. Portuqaliya - 1694
5. Argentina - 1667
6. İran - 1654
7. İtaliya - 1552
8. Qazaxıstan - 1534
9. Ukrayna - 1482
10. Azərbaycan - 1440