Bizim futbol

“Kəpəz”in legioneri ölkəsinə getməyə pul tapa bilmir?

“Kəpəz”in taleyi hər kəsə bəllidir. 

Dsport.az xəbər verir ki, Şahin Diniyevi gəncəli Yunis Hüseynovun əvəzləməsindən sonra da “Kəpəz” qapazaltı olmaqdan canını qurtara bilmədi və bunun nəticəsi olaraq I Diviziona yuvarlandı. 

Qış fasiləsindən sonra Yunis Hüseynov nəticələrlə yanaşı, həm də braziliyalı Dieqo Souzaya görə tənqid olunurdu. Həqiqətən də oynadığı matçlarda heç nə ilə yadda qalmayan braziliyalının ziyanı xeyrindən daha çox oldu.

“Futbol11”-in əldə etdiyi məlumata görə, legionerin hər biri çempionat başa çatdıqdan sonra vətəninə getsə də, Dieqo hələ də buralardadı. Dieqonun vətəni Braziliyaya qayıtmaq üçün pulu yoxdu. Hətta onun bu məqsədlə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmək üçün bir neçə gün müraciət etdiyi də gələn xəbərlər arasındadı.