Bizim futbol

“Keşlə” Ağayevlə Cavadov barədə qərar verdi

“Keşlə” klubu daha 4 futbolçusu ilə müqavilə müddətini uzadacaq.

Dsport.az xəbər verir ki, paytaxt klubu qapıçılar - Kamran Ağayev, Orxan Sadıqlı və Şahin Zəkiyev, eləcə də hücumçu Vaqif Cavadovla əməkdaşlığı davam etdirəcək. Bu futbolçularla yeni sözləşməyə dair razılıq əldə olub.

"Keşlə”nin heyətində saxlamaq istədiyi paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli hazırda "Qəbələ” klubu ilə danışıqlar apardığından, onun karyerasını harada davam etdirəcəyi dəqiq bilnmir. Həmçinin legioner yarımmüdafiəçilər – qambiyalı Ebrima Sohna və serbiyalı Nemanya Stoyanoviçlə hücumçu Pərdis Fərcad-Azadın durumu sual altındadır. Onların komandada saxlanılması ilə bağlı yekun qərar verilməyib.

Qeyd edək ki, "Keşlə” yay fasiləsində 9 futbolçu - Tərlan Quliyev, Cabir Əmirli, Andre Klennon, Murad Qayalı, Denis Silva Kruz, Adrian Skarlatake, Sərtan Taşkın, Fuad Bayramov və Slavik Alxasovla müqaviləni yeniləyib. "Sumqayıt”dan ayrılan Azər Salahlını heyətinə qatan paytaxt klubu, Pablo Podio, Qara Qarayev və Məqsəd İsayevlə yollarını ayırıb ("Report").