Bizim futbol

Stamenkoviç: “Sabah”a kömək etməyə hazıram”

“Sabah” klubuna keçidimlə bağlı danışıqlar gedir".

Dsport.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Neftçi" klubunun sabiq qapıçısı Saşa Stamenkoviç deyib. 

O, tezliklə hər şeyə aydınlıq gələcəyini vurğulayıb: "Sabah"ın baş məşqçisi Elşad Əhmədovu "Neftçi"də oynadığım vaxtdan tanıyıram. Onun barədə müsbət fikirdəyəm. Öz təcrübəmlə "Sabah"a kömək etməyə hazıram". 

Qeyd edək ki, Saşa Stamenkoviç "Neftçi"də 2011-2015-ci illərdə forma geyinib. O, iki dəfə Azərbaycan çempionu və ölkə kubokunun sahibi olub. Serbiyalı qapıçı 2012-2013 mövsümündə Avropa Liqasında çıxış edib. Stamenkoviçin son klubu Qazaxıstanın I Divizonunda çıxış edən "Okjetpes” olub. O, komandanı yanvarda tərk edib.