Bizim futbol

Donetsk “Şaxtyor”unun futbolçusu rəsmən “Sumqayıt”da

2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib. 

Dsport.az xəbər verir ki, sözügedən klub Donetsk “Şaxtyor”unun üzvü Murad Xaçayevi 1 illik icarəyə götürüb. 

Qeyd edək ki, Ukrayna klubunun əvəzedici komandasının formasını geyinən 20 yaşlı yarımmüdafiəçi U-21 millimizin şərəfini qoruyur.