Bizim futbol

BMT və AFFA Dənizkənarı Milli Parkda master-klass təşkil etdi - FOTO

IDEA İctimai Birliyi, BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçirilib.

Dsport.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərin mənəvi və fiziki baxımdan sağlam yetişdirilməsi, sağlam həyat tərzinin təşviqi, gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkili, həmçinin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirilmənin artırılması və ölkəmizdə aparılan idman siyasətinə dəstək olmaqdır.

Azərbaycan milli komandasının futbolçuları Kamran Ağayev, Ruslan Qurbanov və Cavid İmamverdiyev tərəfindən keçilən master-klassa 50-yə yaxın uşaq qoşulub.

Təcrübələrini uşaqlarla bölüşən millinin üzvləri onlarla birgə futbol oynayıb.

Sonda master-klassa qoşulan uşaqlara BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu toplar hədiyyə edilib.