Bizim futbol

“Sumqayıt”dan ayrıldı, “Zirə”yə keçdi - RƏSMİ

“Zirə” yay fasiləsində növbəti transferini reallaşdırıb.

Dsport.az xəbər verir ki, "qartallar" "Sumqayıt"dan ayrılan Kamal Mirzəyevlə anlaşıb. 23 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə bağlanılıb.

Mirzəyev daha əvvəl “Qəbələ” və AZAL-da da çıxış edib.

"Zirə" daha öncə "Neftçi"dən ayrılan İlkin Qırtımovu da transfer etmişdi.