Bizim futbol

“Neftçi” 5 futbolçu ilə yollarını ayırdı - RƏSMİ

“Neftçi” 5 futbolçusu ilə yollarını ayırıb.

Dsport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Rəşad Sadiqov, İqnasio Errera, Derlis Meza Kolli və Elnur Cəfərov ilə müqavilə yenilənməyib. İlkin Qırtımovla müqaviləyə isə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, ötən mövsüm İqnasio Errera 33 (8 qol), Derlis Meza Kolli 30 (1 qol), Rəşad Sadiqov 24 (1 qol), Elnur Cəfərov 9, İlkin Qırtımov isə 8 oyunda meydana çıxıb.

“Neftçi” bu futbolçulara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.