Bizim futbol

“Sumqayıt”dan yeni transfer - FOTO

“Sumqayıt” 2018/19 mövsümü üçün növbəti transferini həyata keçirib. 

Dsport.az xəbər verir ki, sözügedən klub son olaraq “Kəpəz”də çıxış etmiş Şəhriyar Əliyevi heyətinə qatıb. 25 yaşlı müdafiəçi yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Şəhriyar klub olaraq “Bakı”, “Qarabağ” və "Kəpəz"də çıxış edib. Əliyev Azərbaycanın U-21 və əsas millilərinin şərəfini qoruyub.