Bizim futbol

“Neftçi” növbəti transferini açıqladı - RƏSMİ

“Neftçi” daha bir transferini rəsmiləşdirib. 

Dsport.az xəbər verir ki, paytaxt klubu Rəşad Eyubovla 1 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.

Rəşad Eyubov ötən mövsümü "Sumqayıt” klubunun heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, ölkəmizdə "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ”də də çıxış edib.

Qeyd edək ki, "Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov və braziliyalı hücumçu Dario Federiko ilə münasibətlərini rəsmiləşdirib.