Bizim futbol

Qriqorçukla Maksimov final öncəsi danışdı

Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək. 

Dsport.az xəbər verir ki, 2017/18 mövsümünə yekun vurulacaq final oyununda “Keşlə” və “Qəbələ” komandaları üz-üzə gələcəklər. 

Oyundan öncə hər iki komandanın baş məşqçisi Peşəkar Futbol Liqasının rəsmi səhifəsinə açıqlama verib.

Yuri Maksimov (“Keşlə”nin baş məşqçisi): “Əlbəttə, kubok oyununda oynamaq “Keşlə” futbolçuları üçün böyük sevincdi. Xüsusilə də Azərbaycan Respublikasının 100 illiyinin qeyd olunduğu gündə final oyununda iştirak etmək ikiqat sevinclidi. Təbii ki, azarkeşlər maraqlı oyun izləyəcəklər. Müsbət nəticə əldə etmək üçün çalışacağıq”.

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Final adı ozü artıq hər şeyi deyir. Biz bu oyunu səbirsizliklə gözləyirik. Çünki bu oyun bizim üçün, klubumuz üçün çox böyük əhəmiyyət daşıyır. Tarixi əhəmiyyət. Çünki “Qəbələ” üçün ilk trofey əldə edə bilərik”.