Bizim futbol

“Səbail”dən daha bir təkzib bəyanatı

“Səbail” klubu daha bir bəyanat yayıb. 

Dsport.az xəbər verir ki, paytaxt klubunun mətbuat xidməti 2 məşqçisi ilə bağlı yayılan xəbərləri təkzib edib:

“Son günlər bəzi saytlarda “Səbail” PFK və klubun məşqçiləri, konkret olaraq, Elman Sultanov və Vasif Haqverdiyev barədə həqiqətə uyğun olmayan informasiyalar yayılır. Guya klub rəhbərliyinin məşqçilərin fəaliyyətlərindən narazı qalaraq müqaviləsinə xitam verilməsi bildirilir. Bəyan edirik ki, bu məlumatlar həqiqəti əks etdirmir. Xahiş edirik, bu cür məlumatları klubun Mətbuat Xidməti ilə dəqiqləşdirib paylaşasınız”.