Bizim futbol

Eyni rəqib, eyni hesab

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası növbəti yoldaşlıq oyunu keçirib. 

Dsport.az xəbər verir ki, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız məğlub olub - 1:2. Yığmamızın qolunu Sona Rəhimova vurub.

Bu komandalar arasında 3 gün əvvəl keçirilmiş oyun da eyni hesabla bolqarıstanlı futbolçuların xeyrinə başa çatmışdı.