Bizim futbol

Əmirquliyevlə Ramazanov “Səbail”də! - RƏSMİ

Son günlərdə 12 futbolçusu ilə vidalaşan “Səbail” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir. 

Dsport.az xəbər verir ki, paytaxt klubu artıq sıralarına 2 futbolçu cəlb edib. Belə ki, “Səbail” Rahid Əmirquliyevlə Ağabala Ramazanovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçuların hər biri ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, həm Rahid, həm də Ağabala son mövsümü “Qarabağ”da keçirib. Onlar Ağdam klubunda elə də çox forma şansı qazanmırdılar və mövsüm bitən kimi “Qarabağ”dan ayrılmışdılar.