Bizim futbol

“Keşlə” yamaykalı forvardı yola salmağa hazırlaşır

“Keşlə” ölkə kubokunun “Qəbələ” ilə final oyunundan sonra bir neçə futbolçusu ilə yollarını ayıracaq.

Dsport.az saytına daxil olan məlumata görə, Bakı təmsilçisi Andre Klennonu da yola salacaq.

Belə ki, Yuri Maksimov yamaykalı forvardı komandadan göndərmək fikrindədi. Onun əvəzinə isə komandaya yeni hücumçu alınacaq. 

Xatırladaq ki, Klennon qışda Finlandiyanın VPS klubundan “Keşlə”yə gəlmişdi.