Bizim futbol

Almeyda millidən ayrıldı

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. 

Dsport.az AFFA-ya istinadən xəbər verir ki, Riçard Almeyda millinin hazırlıq prosesini tərk etməli olub. Buna səbəb yarımmüdafiəçinin zədəli olması göstərilir.

Azərbaycan millisi mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstanla yoldaşlıq oyunu keçirəcək.