Bizim futbol

“Səbail”dən gedənlərin sayı 12-yə çatdı

“Səbail” klubu daha 2 futbolçu ilə yollarını ayırıb. 

Dsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün Vüqar Nadirovla Ruslan Əmircanov da yola salınıb. Onlar müqavilələrinin müddəti başa çatdığına görə komandanı tərk etməli olublar. 

Qeyd edək ki, "Səbail" klubu ötən gün 8 futbolçu (Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vaxit Orazsaxedov, Nurlan Novruzov, Raul Yaqubzadə, Kərim Diniyev) ilə yollarını ayırdığını açıqlamışdı. İcarədə olan Faruk Miya ilə Yevgeni Koçuk isə mövsüm başa çatan kimi komandanı tərk etmişdi.