Bizim futbol

U-11 Liqasının qalibi bəlli oldu

AFFA-nın təşkil etdiyi U-11 Liqasında mövsümün son oyunu keçirilib.
 
Dsport.az xəbər verir ki, bu gün Bayıl stadionunda “Vətən” və “Neftçi” komandaları qarşılaşıb. 4:3 hesabı ilə qalib gələn “Vətən” 2017/18 mövsümünün qalibi olub. “Qəbələ” isə üçüncü yeri tutub.

Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və Texniki direktor Bernhard Lippert təqdim ediblər.

“Neftçi”nin oyunçusu Murad Məmmədov “Feyr Pley” mükafatına layiq görülüb. “Vətən” komandasının üzvləri Babamirzə Mehdiyev liqanın ən yaxşı futbolçusu, Ayxan Əlizadə isə ən yaxşı qapıçısı seçilib.

Liqanın bombardiri “Qəbələ” komandasının futbolçusu Həsən Nəzərli olub.