Bizim futbol

“Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

Topaz Premyer Liqasında 2017/18 mövsümünə yekun vuruldu. 

Dsport.az xəbər verir ki, bu münasibətlə Peşəkar Futbol Liqası tərəfindən “Azersun Arena”da mükafatlandırma mərasimi və möhtəşəm atəşfəşanlıq təşkil olunub.  

Mükafatlandırma mərasimi zamanı Topaz Premyer Liqasının çempionu “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olunub. Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və Azersun Holdingin İdarə Heyətinin sədri Abdulbari Gözəl təqdim ediblər.

Qeyd edək ki, bu, “Qarabağ”ın ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğudu.