Bizim futbol

“Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

Topaz Premyer Liqasının 2017/18 mövsümünü müvafiq olaraq 2-ci və 3-cü pillədə başa vurmuş “Qəbələ” ilə “Neftçi”yə bürünc medallar təqdim olunub.

Dsport.az xəbər verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edəcək komandalar medallarını “Azersun Arena”da baş tutan mükafatlandırma mərasimində alıblar. 

Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.