Bizim futbol

Baqali Dabo: “Çempionluğu seçərdim”

Bu gün başa çatan mövsümdə “Qəbələ”nin heyətində vurduğu 13 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan Baqali Dabo brifinq keçirib. 

Dsport.az xəbər verir ki, fransalı hücumçu öncə mövsümü dəyərləndirib:

- Ümumi mövsüm haqqında danışırıqsa, elə oyunlar oldu ki, çox da yaxşı oynamadıq. Mövsümdən əvvəl məqsədimiz ikincilik deyildi. Amma ümumilikdə bu da pis nəticə deyil.

- Gümüş medalla yanaşı, bombardir də olduz. Bu mükafat sizin üçün nə dərəcədə dəyərlidi?
- Mövsümün bombardiri olmuşamsa, bu, təkcə mənim yox, bütün komandanın əməyidi. Çempionluqla bombardirlik arasında seçim etməli olsam, mən çempionluğu seçərdim.

- Vurduğun qollardan hansını fərqləndirərsən?
- "Səbail”ə vurduğum ilk qolu deyərdim.

- "Qəbələ”dəki gələcəyin haqqında nə düşünürsən?
- Hələ ki bilmirəm. Qarşıda bir oyunumuz - kubokun finalı var. Ondan sonra biləcəm.