Bizim futbol

Riçard Almeyda: “Atamla danışdıq və klubumu dəyişməyə qərar verdim”

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Dsport.az xəbər verir ki, millimizin də şərəfini qoruyan braziliyalı futbolçu Ağdam klubundan ayrılacağına işarə vurub:

“Burada keçirdiyim illər ərzində yalnız xoş xatirəlır qalıb. Komandama təşəkkür edirəm. Bu, “əlvida” deyil, “hələlik”di”.

İtaliyanın “Fiorentina” klubuna keçəcəyi barədə xəbərlərə münasibət bildirən futbolçu, hələ heç nəyin dəqiqləşmədiyini söyləyib.

“Legioner karyerası yaşasan, milliyə dəvət göndərilsə, gələcəksən” sualına Almeyda belə cavab verib: “Qurban müəllim mənə nə vaxt dəvət göndərsə, gələcəm”.

Riçard “Azərbaycanda sənə qarşı doğma münasibəti bəsləyirlər, bəs səndə necədi” sualını belə cavablandırıb: “Həm mən, həm də həyat yoldaşım özümüzü burada yad hiss etmirik. Mən də sizə qarşı doğmalıq hiss edirəm”.

Millimizin üzvü Ağdam klubundan ayrılmağa qərar verməsinin səbəbini belə izah edib: “Futbolçu həyatı belədi ki, hərdən dəyişikliyə ehtiyac yaranır. Atamla danışdıq və klubumu dəyişməyə qərar verdim. Gedişimdə maddi məsələ rol oynamadı”.