Bizim futbol

“Keşlə” ölkə çempionu oldu

Bu gün “Bayıl Arena”da AFFA-nın U-10 Liqasının 2017/18 mövsümünə yekun vurulub.

Dsport.az xəbər verir ki, final oyununda “Qəbələ” və “Keşlə” komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda qapılara qol vurulmayıb və qalib penaltilər seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən “Keşlə” komandası (4:2) liqanın qalibi olub. Üçüncü yeri “Vətən” komandası tutub.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov təqdim ediblər. 

U-10 Liqasının bombardiri Lorenzo Mezettero (“Neftçi”) olub. “Qəbələ”dən Ayxan 
Əmiraslanlı liqanın ən yaxşı futbolçusu, “Keşlə”dən Elbrus Kərimov ən yaxşı qapıçı seçilib. “Feyr Pley” mükafatına isə “Keşlə”nin oyunçusu Tunar Rzayev layiq görülüb.