Bizim futbol

Neymar Jr’s Five futbol turnirin Gəncə seçim mərhələsi başa çatdı

Gəncə şəhərində Neymar Jr’s Five futbol turnirin seçim mərhələsi keçirilib. 

Dsport.az xəbər verir ki, Artıq üçüncü dəfədir ki, bu turnir ölkəmizdə baş tutur. Gəncə seçmələrində 41 komanda iştirak edib və Milli Finala vəsiqə uğrunda mübarizə aparıb. Turnirin qaydalarına əsasən Gəncə seçmələrindən Milli Finala iki komanda vəsiqə qazana bilərdi. "Topaz" və "Tərəqqi" komandaları da bu vəsiqələri qazandılar.

“Turnir haqqında öyrənəndən sonra, dostlarımı yığdım və biz qatıldıq. 10 gün ərzində idman zallarında məşq edirdik, həvəsimiz var idi. Şükürlər olsun ki, finala kimi çatdıq və Milli Finala vəsiqə qazana bildik. Bakıya gedib uğur qazanmağa çalışacıq.” Tərəqqi komandasının kapitanl Həsənov Şərif bildirdi.

Qeyd etmək lazımdır ki, "Tərəqqi" komandasının bir neçə oyunçusu artıq keçənilki Milli Finalın iştirakçıları olublar.

AFFA-nın dəstəyi ilə Azərbaycanda keçiriləcək növbəti seçim mərhələləri: Lənkəranda 26 may və Bakıda 1, 2, 3 iyun tarixlərində baş tutacaq. Milli final mərhələsi Bakıda 17 iyun tarixində keçiriləcəkdir. 

Neymar Jr’s Five – “beşin beşə” qlobal futbol turniridir, dünyanın hər bir tərəfindən, ortaq həvəsləri futbol olan oyunçuları bir araya gətirir. 2017-ci ldə, Azərbaycan da daxil olmaqla, 53 ölkəni təmsil edən, 100 000–dən artıq oyunçu iştirak edib. Bu il yarışma daha böyük olacaq. 6 qitədən olan 60 ölkədə seçim mərhələlərinə artıq start verilib. Bu yarışmalarda oyunçular öz ölkələrindəki finalda qalib titulunu qazanaraq, 21 iyulda, Praya-Qrande, Projecto Neymar Jr-da, Braziliyada üçüncü dəfə keçiriləcək turnirin final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar. 

Yarışmada altı nəfərdən ibarət olan komandalar iştirak edə bilər, oyunçulardan dördü 16-25 yaş arası digər ikisi isə 25 yaşdan böyük ola bilərlər. Qeydiyyatdan keçmək üçün - https://win.gs/neymarjrsfiveaze ünvanına daxil olun.

Neymar Jr’s Five futbol turniri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Badamlı – Gemiqaya Mineral Sular MMC tərəfindən göstərilən dəstək ilə keçirilir.