Bizim futbol

MY Azərbaycan çempionu oldu - VİDEO

Binə stadionunda keçirilmiş final oyunu ilə AFFA-nın U-14 Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub.

Dsport.az xəbər verir ki, mövsümün son oyununda “Mançester Yunayted” və “Keşlə” komandaları üz-üzə gəlib. Rəqibini 4:2 hesabı ilə məğlub edən “Mançester Yunayted” liqanın qalibi olub. Üçüncü yeri isə “Qarabağ” komandası tutub.

Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov təqdim ediblər.
 
“Kəpəz” komandasını üzvü Nahid Tanrıverdiyev 58 qolla liqanın ən məhsuldar futbolçusu olub. Tərxan Mehmanlı (“Qarabağ”) turnirin ən yaxşı qapıçısı, Nicat Quliyev isə (“Mançester Yunayted”) ən yaxşı oyunçusu seçilib. "Qarabağ", "Keşlə" və "Mançester Yunayted" komandalarına müvafiq olaraq bürünc, gümüş və qızıl medallar, qalib komandaya kubok təqdim edilib.