Bizim futbol

Dario Federikonun “sarğı” xahişi

Topaz Premyer Liqasının son turunda “Kəpəz”i “Neftçi” önünə Dario Federikonun kapitan kimi meydana çıxarmasının səbəbi müəyyənləşib. 

Dsport.az xəbər verir ki, klubun mətbuat xidməti “Apasport”a bunun braziliyalının Gəncə təmsilçisindən ayrılması ilə əlaqədar olduğunu bildirib.

Belə ki, “Kəpəz”in heyətində son matçına çıxan Dario baş məşqçi Yunis Hüseynov və kapitan Şəhriyar Rəhimovdan sarğının ona verilməsini xahiş edib. Onlar da bu istəyi geri çevirmədikləri üçün “Neftçi” ilə matçda komandanın kapitanı 27 yaşlı yarımmüdafiəçi olub.

Qeyd edək ki, öz meydanında “Neftçi”yə 1:2 hesabı ilə məğlub olan “Kəpəz” mövsümü 14 xalla sonuncu pillədə tamamlayıb.