Bizim futbol

Hollandiya Avropa çempionu oldu

17 yaşa qədər futbolçular arasında Avropa çempionatı başa çatıb. 

Dsport.az xəbər verir ki, finalda Hollandiya ilə İtaliya qarşılaşıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb.

Hollandiya yığması penalti seriyasında qələbə qazanıb - 4:1.

Bu, Hollandiyanın analoji turnirdə 3-cü qəlbəsidi. “Narıncılar” 2011 və 2012-ci illərdə də turnirin qalibi olmuşdular.