Bizim futbol

Mövsümün son matçında “Qarabağ” qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 2017/18 mövsümünə yekun vurulub.

Dsport.az xəbər verir ki, mövsümün son matçında bir neçə tur öncə çempionluğunu rəsmiləşdirmiş “Qarabağ” gümüş medallara sahib çıxan “Qəbələ” ilə qarşılaşıb. 

Əslində bu oyun Qəbələdə keçirilməli idi. Lakin bu görüşdən sonra qalib və mükafatçıların təltif olunması nəzərdə tutulduğundan “Qarabağ” öz stadionunda “qonaq olub”.

Oyun da elə Ağdam klubunun qələbəsiylə başa çatıb. Mövsümün ilk qolunu "Qarabağ"ın hücumçusu Mahir Mədətov vurmuşdusa, son qoluna da bu komandanın digər üzvü Dani Kintana imza atıb.

Topaz Premyer Liqası
28-ci tur

21 may

“Qəbələ” - “Qarabağ” 0:1
Qol: D.Kintana, 22-pen.
Qırmızı vərəqə: C.Hüseynov, 45+2.
Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Azersun Arena”, 19:00.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 3. Voyislav Stankoviç, 6. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 29. Hacıağa Hacıyev, 34. Ürfan Abbasov, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Roman Qriqorçuk.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 17. Elçin Rəhimli, 66. Cavid Bayramov, 24. Nihad Tamazov, 90. Ramil Şeydayev, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Turun digər oyunları: “Səbail” - “Keşlə” 0:1, “Kəpəz” - “Neftçi” 1:2, “Sumqayıt” - “Zirə” 1:2.