Bizim futbol

“Bürünc” “Neftçi”nin oldu, “Zirə” 4-cü pilləni tutdu

Bu gün Topaz Premyer Liqasında sonuncu - 28-ci tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə 3 oyun keçirilib. 

“Neftçi” səfərdə “Kəpəz”in qonağı olub. Tərlan Əhmədovun komandası Gəncədə qələbə qazansa, mövsümü bürünc medalla başa vuracaqdı. Üç qolun qeydə alındığı qarşılaşmada gözlənildiyi kimi, paytaxt təmsilçisi sevinən tərəf olub və mövsümü üçüncü pillədə bitirib.

Sumqayıtda eyniadlı komanda “Zirə”ni qəbul edib. “Neftçi”nin “Kəpəz”i məğlub etmək şansının yüksək olduğunu nəzərə alsaq, dördüncü yerin sahibi böyük ölçüdə məhz bu oyunda müəyyənləşəcəkdi. “Zirə”ni heç-heçə də qane edirdi. Lakin dördüncü yeri tutmaq və Avroliqa şansını saxlamaq üçün Samir Abasovun komandası mütləq meydanı 3 xalla tərk etməliydi. Bu qarşılaşmada da qonaqlar qələbə qazanıblar. Nəticədə, "Zirə" mövsümü 4-cü pillədə başa vurub.

Günün daha bir matçı “Səbail” və “Keşlə” klubları arasında baş tutub. Paytaxt klublarının duelində də qonaqlar qələbəni bayram ediblər.

Topaz Premyer Liqası
28-ci tur

20 may

“Səbail” - “Keşlə” 0:1
Qol: R.Məhərrəmli, 63.
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
Bakı. "Bayıl Arena”.

“Səbail”: 1. Emil Balayev, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 11. Elman Taqayev, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 17. Vüqar Nadirov, 18. Aqşin Qurbanlı, 20. Eltun Yaqublu (k), 23. Ayron Stati, 29. Yevgeni Koçuk.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 7. Fəhmin Muradbəyli, 8. Aqşin Muxtaroğlu, 10. Nurlan Novruzov, 21. Murtuz Abakarov, 24. Ruslan Əmircanov, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 92. Vaxıt Orazsaxedov, 99. Jarjue Maudo. 
Məşqçi: Səttar Əliyev.
“Keşlə”: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov (k), 9. Pərdis Fərcad-Azad, 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 40. Nemanya Stoyanoviç, 90. Ebrima Sohna.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 19. Pablo Podio, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 39. Əlibəy Məmmədli, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev.
Baş məşqçi: Yuri Maksimov.

“Kəpəz” - “Neftçi” 1:2
Qol: Ş.Rəhimov, 67 - R.Abışov, 63. L.Qomes, 79.
Qırmızı vərəqə: K.Petrov, 88.
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev
Gəncə şəhər stadionu

“Kəpəz”: 22. Sergey Litovçenko, 13. Şəhriyar Rəhimov (k), 5. Tural Nərimanov, 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 16. Quili Mandqaladze, 10. Tural Rzayev, 7. Roman Hüseynov, 20. Tərzin Cahangirov, 91. Dario Federiko, 21. Murad Səttarlı.
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 9. İlkin Sadıqov, 2. Yusif Cəfərov, 48. Dieqo Souza, 96. Cavid Əsgərov, 66. Qaraxan Əliyev, 19. Emin Zamanov, 72. Şöhrət Quliyev, 17. Əli Səmədov, 16. Ayxan Səməmədov.
Baş məşqçi: Yunis Hüseynov.
“Neftçi”: 1. Səlahət Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 15. Ruslan Abışov (k), 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 93. Soni Mustivar, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 11. İqnasio Herrera, 22. Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 6. Rəşad Sadiqov, 77. Elvin Sərkərov, 9. Lukas Qomes, 19. Fransisko Qarsiya, 12. Mayk Kampas, 2. İlkin Qırtımov.
Baş məşqçi: Tərlan Əhmədov.

“Sumqayıt” - “Zirə” 1:2
Qol: C.İmamverdiyev, 13 - A.Dedov, 68. S.Tounkara, 90+4.
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov.
“Sumqayıt Arena”.

“Sumqayıt”: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 36. Süleyman Süleymanov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Nicat Qurbanov, 32. Rəşad Eyubov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev.
Baş məşqçi: Samir Abasov.
“Zirə”: 1. Anar Nəzirov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 9. Aleksandr Dedov, 11. Viktor İqbekoyi, 14. Tellur Mütəllimov, 17. Vüsal İsgəndərli, 18. Yani Urdinov, 39. Sadiq Quliyev, 38. İlkin Muradov, 43. Riçard Qadze.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 7. Sadio Tounkara, 10. Orxan Əliyev, 16. İbrahim Aslanlı, 29. Comal Uilyams, 57. Kənan Zülfüqarov, 77. Mirsahib Abbasov, 87. Müşfiq İlyasov, 88. Elşən Abdullayev.
Baş məşqçi: Ayxan Abbasov.

Tura sabah keçiriləcək “Qəbələ” - “Qarabağ” oyunu ilə yekun vurulacaq.