Bizim futbol

Rebrov Bakıda fanatlarla görüşdü - FOTO

Moskvanın “Spartak” kubunun qapıçısı Artyom Rebrov Bakıya gəlib.

Dsport.az xəbər verir ki, Rebrov Bakıda “Spartak”ın fanatları ilə də görüşüb. Bu barədə qapıçı özü “İnstaqram”da yazıb:

“Rusiyanın istənilən nöqtəsində “Spartak” fanatlarının qrupu var. Ancaq mənimlə Katya (həyat yoldaşı) oldu ki, bizi Bakıda “Aelphia Baku”nun uşaqları ilə görüşə dəvət etdilər.

Bizə məlum oldu ki, bu uşaqlar mövsümboyu komandaya dəstək verirlər, müxtəlif roliklər hazırlayırlar, sosial şəbəkədə fəaldırlar.

Görüş və müzakirələr olduqca isti keçdi. Çox sağ olun ki, bizimləsiz və “Spartak”a ürəkdən azarkeşlik edirsiz.

İnkişaf edirsiz, gənclərə “Spartak”ın tarixi barədə məlumat verirsiz. Ümid edirəm ki, təkcə Bakıda yox, dünyanın digər şəhərlərində də “Spartak”ın fan-klubları olacaq”.