Bizim futbol

“Qarabağ”ın qapıçısına milli dəvət

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə dəvət alıb.

Dsport.az xəbər verir ki, sözügedən komandanın baş məşqçisi, millimizin sabiq çalışdırıcısı Robert Prosineçki qarşıdakı yoxlama oyunları üçün ümumilikdə 26 futbolçuya dəvət göndərib. Onların arasında Şehiçin də adı var.

Qeyd edək ki, Bosniya və Herseqovina millisi mayın 28-də Çernoqoriya, iyunun 1-də isə Cənubi Koreya ilə yoxlama görüşlərində qüvvəsini sınayacaq.