Bizim futbol

Yuri Maksimov “Neftçi”nin sabiq futbolçusundan imtina etdi

“Neftçi”nin sabiq futbolçusu Erik Fabian Ramos yenidən Azərbaycanda çıxış etməyə yaxın olub. 

Dsport.az saytına daxil olan məlumata görə, paraqvaylı futbolçu "Neftçi"dən yox, paytaxtın digər klubunda oynaya bilərmiş. Beş ilə yaxın "Neftçi" forması geyinmiş Ramos "Keşlə"yə təklif edilib. Amma paytaxt təmsilçisinin baş məşqçisi Yuri Maksimov Ramosu bəyənməyib və onu komandasında görmək istəməyib. 

Paraqvaylı futbolçu hazırda ölkəsində "Rubiu Nu" forması geyinir.