Bizim futbol

35-ci kim olacaq: Əhmədov, Abasov, yoxsa Abbasov?

Topaz Premyer Liqasının sonuncu turu ilklə nəticələnəcək. 

Dsport.az xəbər verir ki, taleyinə 28-ci turun aydınlıq gətirəcəyi bürünc medalı qazanan komandanın baş məşqçisi karyerasında ilk mükafata yiyələnəcək.

Belə ki, buna iddia edən 3 komandanın baş məşqçilərindən heç biri əvvəllər Premyer Liqada medal əldə etməyib. “Neftçi” 3-cü pillədəki yerini qorusa Tərlan Əhmədov, “Zirə” “ağ-qaralar”ı keçsə Ayxan Abbasov, “Sumqayıt” çətin vəzifənin öhdəsindən gəlsə Samir Abasov baş məşqçi kimi ilk medalına yiyələnəcək.

1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 34 mütəxəssis mükafatçılar sırasına düşüb. Mayın 20-də baş tutacaq görüşlərdə “üçlüy”ə düşəcək klubun çalışdırıcısı bu siyahıda 35-ci olacaq.

Qeyd edək ki, son turda “Neftçi” Gəncədə “Kəpəz”kə görüşəcəksə, “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edəcək. Hazırda sonuncuların 41, “Gənclik şəhəri” təmsilçisinin 40 xalı varsa, “ağ-qaralar” 43 xala malikdi. (Apasport)