Bizim futbol

“Neftçi” Türkiyə klubundan futbolçu gətirir

“Neftçi” hücum xəttini gücləndirmək üçün hərəkətə keçib. 

Dsport.az saytına daxil olan məlumata görə, “ağ-qaralar”ın istədiyi hücumçu Türkiyədə çıxış etmiş Robert Ndip Tambedi. Son mövsümü "Adana Dəmirspor"da keçirmiş hücumçunun bu komandaya keçəcəyi gözlənilir. "Neftçi"nin transfer siyahısında yer alan forvardlar sırasına Tambe də daxil edilib. Lakin onun keçidinin baş tutub-tutmayacağı hələ dəqiq deyil.