Bizim futbol

Əfran İsmayılov: “Milliyə dəvət alacağıma inanmıram”

“Qarabağ”ın futbolçusu Əfran İsmayılov Dsport.az saytına müsahibə verbi:

- Əfran bir neçə gün öncə “Qarabağ”ın səninlə yollarını ayırdığı xəbərləri yayıldı. Bu məsələ doğrudu?
- Bəli, komanda ilə yolları ayırmışam. “Qarabağ”a yalnız uğurlar arzu edə bilərəm.

- Klubla müqavilən başa çatırdı. Səncə, nəyə görə klub səninlə müqaviləni yeniləmədi?
- “Qarabağ”da az-az oynayırdım. Özüm də komandada qalacağam ya qalmayacağam, bunu bilmirdim. Elə alındı ki, “Qarabağ”dan ayrılmalı oldum. Hər şey qaydasındadı, “Qarabağ”a ancaq uğurlar arzu edirəm. 

- Hazırda yeni komanda axtarışına çıxmısan?
- Təkliflər var. Amma indi hələ ki, istirahət edirəm. Çünki ailəmlə birlikdə istirahətə ehtiyacım var. 

- Bəs nə vaxt qərarını verəcəksən?
- Bir az istirahət etdikdən sonra oturub götür-qoy edib qərarımı verəcəm. İstirahətə ehtiyacım var.

- “Qarabağ”da az-az oynayırdın, indi də klubdan ayrılmısan. Millinin qarşıdakı toplanışına dəvət ediləcəyinə inanırsan?
- Az oynayırdım klubumda. İnanmıram dəvət edilim. İstənilən halda Azərbaycan millisi üçün hər zaman əlimdən gələni etməyə hazıram.

- Karyeranı ölkə xaricində davam etdirməyin necə, mümkündü?
- Təbii ki, hər şey ola bilər. Ölkə xaricinə də yollanmaq ehtimalı var. Görək də sonda necə olacaq. 

- Ölkə xaricinə yollanası olsan, ilk dəfə legioner həyatı yaşamış olacaqsan...
- Belə deyim də, gələcək təkliflər arasında ilk növbədə ölkə xaricindən gələnləri dəyərləndirəcəm. Təbii ki, hansı daha mənə uyğundu, sonda o qərarı verəcəm.