Bizim futbol

Azərbaycan Kubokunda finalçılar müəyyənləşdi

Bu gün futzal üzrə ölkə kubokunda yarımfinal oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, günün ilk oyununda Yüksək Liqanın gümüş medalçısı “Marafon Futsal” Birinci Liqanın qalibi “Hell Energy”ni 11:0 hesabı ilə məğlub edib. 

Digər oyunda isə “Uğur” “Yasamal-2”ni 15 cavabsız topla üstələyib. 

Beləliklə, həlledici oyunda “Marafon Futsal” və “Uğur” komandaları qarşılaşacaq.