Bizim futbol

“Sumqayıt”da yubiley

“Sumqayıt” Futbol Akademiyasının meneceri, fəxri bədən tərbiyəsi və idman işçisi Fərhad Həsənovun 60 illik yubileyi qeyd edilib. 

Dsport.az xəbər verir ki, bununla əlaqədar olaraq, “Kapital Bank Arena”da Fərhad Həsənovun dostlarından ibarət komanda ilə jurnalistlərindən təşkil olunmuş komanda arasında dostluq görüşü keçirilib. 

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə “Fərhad Həsənovun dostları” “Jurnalistlər”i 5:4 hesabı ilə məğlub edib.