Bizim futbol

“Sumqayıt”dan 1 illik müqavilə

"Sumqayıt" klubu ilə “Kapital Bank” ASC arasındakı əməkdaşlıq müqaviləsinin müddəti daha bir illiyə uzadılıb. 

Dsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqaviləyə uyğun olaraq, Sumqayıt şəhərində inşa olunmuş kompleks daha bir il müddətinə sözügedən bankın adını daşıyacaq.

Bundan başqa, bir il ərzində “kimyaçılar”ın oyun geyimlərində (əsas və əvəzedici komanda) banka məxsus əmtəə nişanları yerləşdiriləcək.