Bizim futbol

Millimiz FİFA reytinqində mövqeyini qorudu

FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb. 

Dsport.az xəbər verir ki, Azərbaycan yığması bu gün açıqlanan siyahıda əvvəlki mövqeyində qalıb. Komandamız yenə 245 xalla 126-cı pillədə qərarlaşıb.

Avropa Millətlər Liqasında yığmamızla bir qrupda yer alan komandalara gəlincə, ən yaxşı göstərici Farer adalarına məxsusdu. Bu komanda bir pillə irəliləyib hazırda 364 xalla 93-cü yerdə qərarlaşıb. Kosovo əvvəlki mövqeyini qoruyub. Bu komanda 164 xalla 152-ci yerdədi. Malta da əvvəlki mövqeyində qalıb– 62 xalla 185-ci yer.

Millimizin yoxlama oyunu keçirməyə hazırlaşdığı komandalara gəlincə, Qırğızıstan 75-ci (424 xal), Qazaxıstan 117-ci (273), Latviya isə 139-cudu (217 xal).

İlk onluqda qərarlaşan komandaların mövqeyində ciddi dəyişiklik baş verməyib: 1 (1). Almaniya – 1544, 2 (2). Braziliya – 1384, 3 (3). Belçika – 1346, 4 (4). Portuqaliya – 1306, 5 (5). Argentina – 1254, 6 (6). İsveçrə - 1179, 7 (7). Fransa – 1166, 8 (8). İspaniya – 1162, 9 (9). Çili – 1146, 10 (10). Polşa – 1128.

Qonşu Türkiyə yığması 37-ci pillədə qərarlaşıb. Əvvəlki mövqeyində qalan “ay-ulduzlular”ın hesabında 714 xal var.

Bu ayın ən yaxşı göstəricisi 16 pillə irəliləyərək 160-cı sıraya yüksələn Küveytə məxsusdu. Ən pis göstəriciyə isə 13 pillə geriləyən Fələstin imza atıb. Bu komanda hazırda 96-cı pillədədi.

Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini iyunun 7-də açıqlayacaq.