Bizim futbol

“Qəbələ” bir futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

“Qəbələ” hollandiyalı futbolçu Dion Malon ilə yollarını ayırıb. 

Dsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıaşma ilə xitam verilib. 2017-ci yayından komandada çıxış edən legioner 2017-2018-ci illər mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. Dion “qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 21 oyun keçirib. Topaz Premyer Liqasında 18 matça çıxan hollandiyalı UEFA Avropa Liqasında 3 oyunda iştirak edib.

“Qəbələ” İdman Klubu Dion Malona “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.