Bizim futbol

“Qarabağ” cəbhə bölgəsinə yollandı

“Qarabağ” çempionluğunu qeyd etmək üçün bu gün Ağdama yollanacaq. 

Dsport.az “Sport24”-ə istinadən xəbər verir ki, klub ardıcıl 5-ci çempionluğunu cəbhə bölgəsində qeyd edəcək.

Futbolçular orada əsgərlərlə görüşəcək.

Qeyd edək ki, Ağdamı təmsil edən "Qarabağ" xeyli vaxtdı paytaxtda məskunlaşıb.