Bizim futbol

“Kəpəz” tarixi derbiyə Bakıda hazırlaşır

“Kəpəz” Topaz Premyer Liqasında cari mövsümün son oyununa hazırlığı Bakıda keçirir.

Futbolinfo.az xəbər verir ki, sonuncu – 28-ci turda evdə “Neftçi”ni qəbul edəcək “sarı-göylər” dünəndən qarşıdakı matç üçün məşqlərə başlayıblar. 

Komanda mayın 18-də Gəncəyə gələcək. “Kəpəz” həmin gün və ertəsi doğma meydanda keçirəcəyi çalışmalarla tarixi derbiyə hazırlığı başa vuracaq.